
“Everton”un futbolçusu millimizə qarşı oynamayacaq
- 17:40
- 36
DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Azərbaycan millisinin qonağı olacaq Ukrayna yığmasının heyətində dəyişiklik edilib.
Rekord.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Vitali Mikolenko zədəli olduğu üçün heyətdən çıxarılıb. "Everton"un (İngiltərə) müdafiəçisi klubunda zədə alıb. MRT müayinəsindən keçən futbolçunun oynamağa hazır olmadığı məlum olub. Buna görə də baş məşqçis Sergey Rebrov rotasiya etmək məcburiyyətində qalıb. O, Mikolenkonun əvəzinə milliyə Kiyev "Dinamos"undan Vladislav Dubinçakı dəvət edib.
Ukrayna millisi sentybarın 5-də Fransanı qəbul edəcək, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.