Frank Lempartı istefaya göndərən "Everon"un baş məşqçi postuna yeni namizədi məlum olub.

Rekord.az "The Athletic"-ə istinadla xəbər verir ki, söhbət argentinalı təcrübəli mütəxəssis Marselo Byelsadan gedir.

Hətta klubun sahibi Fərhad Moşirinin Byelsa ilə ilkin müzakirələrə başladığı da iddia olunur. Moşiri 2022-ci ildə "Lids"dən ayrılan məşqçinin təyinatında çox maraqlıdır. Lakin klubun digər rəhbər şəxslərinin bu təyinata münasibəti məlum deyil.