Əsgərova növbəti təyinat
- 19:40
- 32
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis kişilər arasında DÇ-2027-nin Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə – Norveç görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi qismində fəaliyyət göstərəcək.
Mayın 16-da Ankaranın “THF İdman Kompleksi”ndə oynanılacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.