
Ərəblər Ronaldoya analoqu olmayan səlahiyyət verdi
- 03 Yan 2023 12:15
- 410
"Əl-Nəsr"in yeni transferi Kriştiano Ronaldo komandanın məşqçilərini dəyişmək hüququna malikdir.
Rekord.az xəbər verir ki, bu barədə "CBS Sports" məlumat yayıb.
Bildirilib ki,37 yaşlı hücumçu hazırkı məşqçi ona uyğun gəlməsə, mütəxəssisi dəyişdirə biləcək.
“Əl-Nəsr”in hazırkı baş məşqçisi əvvəllər Fransanın “Lion” və “Marsel” klublarında çalışmış Rudi Qarsiyadır.
Qeyd edək ki, K.Ronaldo dekabrda azada agent kimi "Əl-Nəsr"ə keçib.