Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu Serxio Ramosdan əl çəkmir.

Rekord.az “L'Equipe”ə istinadla xəbər verir ki, ərəb klubu futbolçuya növbəti təklifini göndərib və 30 milyon ödəməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, 37 yaşlı futbolçunun PSJ ilə müqaviləsi bu ilin yayında bitir.