Türkiyə Super Liqasında 28-ci tura start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında azərbaycanlı futbolçu Mahir Emrelinin komandası - “Konyaspor” doğma meydanda “Antalyaspor”la qarşılaşıb. Tərəflər bu matçda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Mahir  bu oyunun 66-cı dəqiqəsində meydana buraxılıb. 

Türkiyə Super Liqası
28-ci tur

7 aprel

Konyaspor – Antalyaspor 1:1
Qol: M.Dəmir, 24 – Rayt, 45.

8 aprel

17:00. Ankaragücü – İstanbulspor
21:30. Kasımpaşa – Trabzonspor

9 aprel

17:00. Sivasspor – Başakşəhər
21:30. Başakşəhər – Girəsunspor

10 aprel

17:00. Kayserispor – Ümraniyəspor
21:30. Fatih Karagümrük - Fənərbaxça