Türkiyənin “Başakşəhər” klubunun baş məşqçisi Emre Belözoğlu adı klubla hallanan Mahir Emreli haqda danışıb.

Rekord.az xəbər verir ki, “Anadolu” agentliyinə danışan Emre, azərbaycanlı hücumçu ilə maraqlandıqlarını söyləyib:

“Mahir maraqlandığımız bir futbolçudur. “Legiya”da xoşagəlməz şeylər yaşadı. Klubumuzun vitse-prezidenti Mustafa Eröğüt bu məsələ ilə məşğul olur. Hazırda bu haqda çox şey bilmirəm. Ümumilikdə, Mahir maraqlandığımız futbolçulardandır”.