
Emin Mahmudov ən çox kimi bəyənir və özünü kimə bənzədir
- 11 Mar 2022 11:00
- 575
"Düzdür, onun səviyyəsində olmasam da, yaxşı hərəkətlərini götürməyə çalışıram".
Rekord.az xəbər verir ki, bu fikir "Neftçi"nin kapitanı Emin Mahmudova məxsusdur.
Yarımmüdafiəçi öz oyun üslubunu daha çox İspaniya millisinin sabiq ulduzu Sesk Fabreqasa bənzətdiyini söyləyib:
"Artıq Fabreqas karyerasını bitirib. İndi Belçika millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne ən çox xoşuma gələn oyunçulardan biridir".