
Emeri PSJ-nin tarixinə düşdü
- 02 Fev 2023 19:45
- 377
PSJ Fransa çempionatının 21-ci turunda “Monpelye”ni məğlub edib - 3:1.
Rekord.az xəbər verir ki, bu matç paytaxt təmsilçisinin futbolçusu Uorren Zair-Emeri üçün əlamətdar olub.
16 yaşlı yarımmüdafiəçi PSJ-nin Liqa 1-də qol vuran ən gənc futbolçusu kimi tarixə düşüb.
Emeri cari mövsüm Paris klubunun heyətində bütün turnirlər daxil olmaqla, 11 oyuna çıxıb və 1 qol vurub.