Elxan Səmədov Serbiya Super Liqasının baş katibi ilə görüşdü
- 17:40
- 16
Serbiya Super Liqasının baş katibi Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub.
Rekord.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Ölkəmizə səfər çərçivəsində Peşəkar Futbol Liqasının qonağı olan Darko Ramovs qurumun prezidenti Elxan Səmədov ilə görüşüb. Görüş zamanı Serbiya Super Liqası və Azərbaycan Peşəkar Futbol Liqası arasında mövcud olan əməkdaşlıq və perspektivlər müzakirə olunub. Eyni zamanda, hər iki ölkədə keçirilən bütün liqaların strukturları və liqaları maraqlandıran bütün məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən məmnunluğunu ifadə edən Darko Ramovs Peşəkar Futbol Liqasına və Azərbaycan futboluna uğurlar arzu edib.