Elxan Məmmədovun AFFA-nın icraçı vitse-prezident postundan gedişi "Qəbələ" klubunu çətin vəziyyətə salıb.

Rekord.az xəbər verir ki, bölgə təmsilçisi iki ildir ardıcıl olaraq, federasiyadan maddi yardım alır ki, buna da razılıq verən şəxs məhz Məmmədov idi.

Artıq Məmmədovun belə bir səlahiyyəti yoxdur. Onu əvəz edən Sərxan Hacıuyev də o dərəcədə fiqur deyil ki, özbaşına belə məsələ ilə bağlı qərar verə. Rövnəq Abdullayev isə sözdə AFFA-nın prezidentidir, belıə baxsa, bəlkə heç "Qəbələ"nin federasiyadan yardım almasından da xəbəri yoxdur. Ona görə də klub federasiyada cərəyan edəcək hadisələri gözləməyə məcburdu. İndiki halda maddi yardım üçün müraciət ediləcək, danışıq aparacaq şəxs yoxdur.