Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşü və Məmmədovun Cavadova işlə bağlı vəd verməsi haqda məlumatı diqqətinizə çatdırmışdıq.

Rekord.az xəbər verir ki, Məmmədov vədinə əməl edib.

Belə ki, o, “Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə əlaqə saxlayaraq Cavadova bu klubda iş verməyi tapşırıb. Rəfiyev də təbii ki, Məmmədovun sözündən çıxmayıb. Belə ki, millimizin sabiq üzvü “Sumqayıt”ın U-16 komandasına baş məşqçi təyin olunub. Onun gəlişinə kimi bu postu tutan Zaur Hidayətov isə bundan sonra akademiyada koordinator kimi fəaliyyət göstərəcək.