
Elxan Məmmədov İK-da qalacaq
- 21 Apr 2022 18:35
- 526
AFFA-nın vitse-prezidenti Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək.
Rekord.az-ın xəbərinə görə, bu haqda bu gün Şamaxıda jurnalistlərə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.
Onun sözlərinə görə, AFFA-dakı növbəti seçkilərə qədər E.Məmmədov qurumun İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Elxan Məmmədov FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru vəzifəsinə təyin olunması ilə əlaqədar AFFA-nın icraçı-vitse prezidentliyindən gedib. O, mayın 1-dən AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və vitse-prezident kimi (ictimai əsaslarla) davam etdirəcək.