FIFA-da işə başlayandan sonra Azərbaycan futbolundan bir qədər uzaq düşən sabiq baş katib Elxan Məmmədov Bakıya dönüb.

Rekord.az xəbər verir ki, Məmmədov Yeni İllə bağlı Bakıya dönsə də, köhnə fəaliyyətini də qısa müddətə bərpa edib.

Saytımıza daxil olan məlumata görə, Azərbaycana gələr-gəlməz, AFFA-nın nəzarətində olan klub rəhbərlərinə zəng edib, onlarla hal-əhval tutub. Klub rəhbərlərindən lazımı məlumatları alan sabiq baş katib, müəyyən məsələlərlə bağlı tövsiyyə və tapşırıqlarını da verib.