AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Neftçi"nin yeni transferi Azər Əliyevin komandada azərbaycanlı futbolçu statusunda oynayacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Rekord.az xəbər verir ki, o, İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib: 

"Neftçi"nin futbolçusu Azər Əliyev "Sabah"a qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunun ikinci yarısında meydana çıxıb, lakin legioner futbolçudur.  Azər Əliyev Azərbaycan pasportunun alınması ilə bağlı quruma müraciət etməyib. Prosedur belədir ki, futbolçunun özü bizə müraciət edir, biz Rusiya Futbol İttifaqından rəy alırıq ki, bu oyunçu Rusiya yığmasında çıxış etməyib. Daha sonra məsələ ilə bağlı FIFA-ya müraciət olunur". 

Qeyd edək ki, Azər Əliyevin həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var.. Son klubu Rusiya "Ufa"sı olan 28 yaşlı yarımmüdafiəçi yanvarın 28-i "Neftçi" ilə 3,5 illik müqavilə imzalayıb.