Futbol üzrə Bosniya və Herseqovina Premyer Liqasında 20-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Elvin Yunuszadənin çıxış etdiyi “Çelik” də növbəti oyununa çıxıb.

Zenitsa təmsilçisi doğma meydanda “Zrinski” ilə qarşılaşıb. Oyun “Çelik”in 0:2 hesablı məğlubiyyəti ilə bitib.

Elvin Yunuszadə sözügedən qarşılaşmada iştirak etməyib. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

“Çelik” hazırda Premyer Liqada 16 xalla 11-ci sıradadı.