Nicat Qurbanovun ardınca ölkə xaricində legioner həyatə yaşayan daha bir futbolçumuz vətənə dönə bilər.

Rekord.az xəbər verir ki, söhbət Elvin Yunuszadədən gedir.

Şimali Makedoniyanın "Şkupi" klubunda  forma geyinən həmyerlimiz hazırda Bakıdadır.  Baxmayaraq ki, onun komandası 1 həftəyə yaxındır təlim-məşq toplanışına start verib. Gəzən məlumatlara görə, Makedoniya klubundakı durumundan razı olmayan Elvin Bakı klublarından biri ilə razılığa gəlmək istəyir.