
Elvin Camalovun gecikmiş ilki
- 19 Sen 2022 15:44
- 414
Misli Premyer Liqasının VII turu “Sabah”ın futbolçusu Elvin Camalov üçün ilklə əlamətdar olub.
Rekord.az xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatlarında özünün ilk qolunu vurub.
O, “Turan Tovuz”la qarşılaşmada (3:1) penaltini qola çevirib. Camalov Premyer Liqadakı ilk qolunu özünün 187-ci oyununda vurub. O, ölkə çempionatlarının 30 illik tarixində qol hesabını ən gec açan futbolçu olub. İndiyədək heç bir oyunçu ilk topunu bu qədər gözləməyib.
Qeyd edək ki, debütü 2013/14 mövsümündə “Qəbələ”də gerçəkləşən Camalov bu klubda 111, “Zirə”də 43, “Sabah”da 33 dəfə meydana çıxıb.