“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev “Zirə” ilə qolsuz heç-heçə etdikləri oyundan sonra açıqlama verib.

Rekord.az xəbər verir ki, o, komandasının çıxışından razı qaldığını deyib:

“Qazanılan bir xal hər iki komandanı razı sala bilər. Bizi ağır mübarizə gözlədiyini bilirdik. Komandamın çıxışından razıyam. İstədiyimi meydanda gördüm. Futbolçularımız daim hücumda olmağa çalışırdı, çoxsaylı qol epizodları yaratdıq. Sadəcə, dəyərləndirə bilmədik. Oyunun dinamikası yüksək idi. Komandalar iki gün oynamalarına baxmayaraq, dinamika gələcəyə ümidlə baxmağa imkan yaradır”.