
Elmar Baxşıyev: “İddiamızdan əl çəkməyəcəyik”
- 15 Apr 2022 20:30
- 447
Azərbaycan Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Rekord.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
“Oyun barədə çox danışmaq istəmirəm. Ümumilikdə komanda istədiyim kimi oynadı. Daha çox hücumda oldu. Çoxsaylı epizodlar yaratdıq. Sadəcə, həmin epizodları dəyərləndirməkdə çətinlik çəkdik. İddiamızdan əl çəkməyəcəyik. Sonadək iddiamızı meydanda göstərəcəyik”.