
Əliyevin komandası finalda uduzdu
- 01 May 2025 23:56
- 26
Albaniyaya kubokunun final oyunu keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin komandası “Eqnatiya” həlledici oyunda Tirana “Dinamo”su ilə qarşılaşıb.
Əsas vaxtı 2:2 hesabıyla yekunlşamış matçın qalibi penaltilər seriyasında müəyyənləşib. Rəqibini 5:4 hesabıyla üstələmiş “Dinamo” kubokun qalibi olub.
Zamiq bu görüşdə 120 dəqiqə meydanda olub.