
Əliyev “Arsenal”ın qələbəsinə qolla töhfə verdi
- 14 Noy 2022 12:30
- 371
Futbol üzrə Rusiya Birinci Liqasında 18-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krasnodar-2” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Kamran bu matçın 55-ci dəqiqəsində meydana buraxılıb. Komandasının ilk qolunu da 65-ci dəqiqədə məhz Əliyev vurub.
“Arsenal” 18 turdan sonra 31 xalla 3-cü pillədə qərarlaşıb.