
Əliyar Ağayev Azərbaycan - Belarus matçını zədəli-zədəli idarə edib: əməliyyat olunacaq
- 31 Mar 2022 13:00
- 696
Azərbaycanın FIFA dərəcəli hakimi Əliyar Ağayev zədədən əziyyət çəkir.
Rekord.az xəbər verir ki, 34 yaşlı referinin diz əzələsində ağrılar var.
Bu üzdən o, iki gün əvvəl 21 yaşlılar arasında "Bakcell Arena"da keçirilən Azərbaycan - Belarus matçında sarğıdan isifadə etməli olub.
Əldə etdiyimiz bilgiyə görə, həkimlər Əliyara əməliyyat olunmağı məsləhət görüb. O isə bunun üçün yayı gözləməyə qərarlıdır. Əməliyyat olunacağı halda, istedadlı referi 2-3 ay yaşıl meydanlardan uzaq qalmalı olacaq.
Qeyd edək ki, Əliyar Ağayev 2013-cü ildən FIFA referisidir. (fanat.az)