Kristiano Ronaldonu almaqla gündəm olan "Əl-Nəsr" Dortmund "Borussiya"nın ulduzu Marko Roysu da istəyir.

Rekord.az xəbər verir ki, futbolçu özü də məlumatı təsdiqləyib.

Hətta menecerinin ərəblərlə görüşdüyünü də bildirib: "Əlbəttə, gələcəyi düşünürəm. "Borussiya" ilə müqaviləmin bitiminə 6 ay qalıb və buna görə gərgin deyiləm. "Əl-Nəsr" məsələsinə gəlincə, menecerim onlarla görüşüb. Lakin indiki halda bütün fikirlərim "Borussiya"ya yönəlib. Daha sonra bir qərar verəcəyik".