İspaniya Futbol Federasiyası La Liqanın 35-ci turunda keçiriləcək mövsümün ən çox gözlənilən oyunlarından biri üçün baş hakimi təsdiqləyib.


Rekord.az xəbər verir ki, “Barselona” ilə “Real” arasında keçiriləcək “el klasiko”nu Alehandro Xose Ernandes idarə edəcək.


Oyuun 11 mayda – Kataloniyada yerləşən “Olimpik Lluis Companys” stadionunda keçiriləcək. Matçın start fiti saat 19:15-də səslənəcək.


41 yaşlı referi üçün bu, karyerasında dördüncü “el klasiko” olacaq. O, sonuncu dəfə bu cür yüksək səviyyəli qarşılaşmanı 2019-cu ilin dekabrında idarə etmişdi. Həmin oyun qolsuz heç-heçə ilə başa çatmışdı.


“Barselona” hazırda La Liqanın turnir cədvəlində liderliyini qoruyur və “Real”ı 4 xal qabaqlayır.