“Bu, böyük qələbə idi. Dünya çempionatının ilk oyununda həmişə təzyiq və gərginlik artır. Biz həm də turnirin ən gənc komandasıyıq, ona görə də təzyiqlə üzləşəcəyimizi bilirdik".

Rekord.az xəbər verir ki, bu sözləri Ekvador millisinin baş məşqçisi Qustafo Alvaro DÇ-2022-də Qətərə 2:0 hesabı ilə qalib gəldikləri açılış oyunundan sonra deyib.

"Ən vacib vəzifəmiz qələbə qazanmaqdır. İstədiyimiz kimi oynadıq. Mən tam xoşbəxt deyiləm, amma sakitəm, çünki biz lazım olanı etdik. Qrupdan çıxmaq istəyiriksə, bəzi aspektlər üzərində işləməliyik" - deyə o bildirib.

Mütəxəssis Qətərə qarşı görüşdə dubl edən və zədələnən komandanın kapitanı Enner Valensiyanın son durumu haqda danışıb: "O, mütləq Niderlanda qarşı oynayacaq, buna heç bir şübhə yoxdur”.