
Əfsanəvi futbolçu 64 yaşında Ukraynanın müdafiəsinə qalxdı FOTO
- 23 Mar 2022 16:00
- 499
Sovet futbolunun ukraynalı əfsanəsi Vladimir Bessonov Rusiya tərəfindən hücuma məruz qalan ölkəsinin müdafiəsi üçün silaha sarılıb.
Rekord.az xəbər verir ki, 64 yaşlı veteran futbolçu paytaxt Kiyevi terrorçulardan qoruyanların sırasındadır.
13 il (1977-1090) SSRİ millisində çıxış edən müdafiəçi 79 oyuna 4 qol vurub. O, "Dinamo" ilə UEFA kubokunun sahibi (1986), SSRİ çempionu (1977, 1980, 1981, 1985, 1986, 1990), SSRİ kubokunun qalibi (1978, 1985, 1987, 1990) olub.
Xatırladaq ki, Bessonov kimi Ukraynanın bir çox tanınmış idmançıları ölkəsinin müdafiəsi uğrunda döyüşlərə qoşulub.