Kəpəz” mövsümü sonuncu pillədə başa vurmağa namizəd göstərilən iki komandadan biridir. Bu, uşaqların üzərində əlavə təzyiq yaradır”.

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında “Kəpəz”in əsas heyətindən uzaqlaşdırılan Əfran İsmayılov deyib.

Tərlan Əhmədovla yaşadığı qalmaqal üzündən belə bir aqibət yaşayan və hələ burada qalıb-qalmayacağı dəqiq bilinməyən yarımmüdafiəçi Premyer Liqada ikinci yarının daha çətin keçəcəyini söyləyib:

“Sizinlə təmamilə razıyam, idmanda sona qədər mübarizə aparmalısan. “Kəpəz”də hamı çalışmalıdır ki, mövsümün sonunda Premyer Liqanı tərk edən komanda olmasınlar.

Təcrübədən, bacardıqdan maksimum yararlanmalıdırlar.

Mən hələ yekun qərarımı verməmişəm, Klubla müqaviləm var və pulumu tam almaq fikrindəyəm.

Maaşımı son qəpiyindək versələr, gədəcəm.Verməsələr, müqaviləni birtərəfli pozan deyiləm, qalıb “dubl”da da oynayacam”.