"Səbail" baş məşqçi Aftandil Hacıyevin ardından futbolçularla da bir-bir razılığa gəlməkdədir.

Rekord.az xəbər verir ki, kapitan Rahid Əmirquliyevin ardından daha bir futbolçu da Bayıl təmsilçisində qalmağa razılıq verib.

Söhbət Əfran İsmayılovdan gedir. İsmayılov klubun 1 illik yeni müqavilə təklifinə müsbət cavab verib.