"Səbail"in gələcək taleyi hələ də naməlum olaraq qalır. Hər şey baş məşqçi Aftandil Hacıyevin rəhbərliklə görüşündən sonra məum olacaq.

Lakin Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi istənilən halda, yaşlı futbolçularla vidalaşmaq niyyətindədir.

Bu futbolçular arasında Əfran İsmayılov da var. Son turda oynamaq şansı qazanmayan sabiq milli üzvünün mövsümün sonunda "Səbail"dən gedəcəyi gözlənilir. Hətta əldə etdiyimiz məlumata görə, İsmayılov, ümumiyyətlə, futbolla vidalaşmağı düşünür.

Qeyd edək ki, Əfranın 34 yaşı var.