18 yaşadək voleybolçu qızlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Gürcüstanın Telavi şəhərinə yola düşüb. "Rekord.az" xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi yığmamız A qrupunda Polşa və Gürcüstan komandaları ilə qarşılaşacaq.
Millimiz ilk oyununu 20 noyabr tarixində Polşa yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, 20–23 noyabr tarixlərində təşkil olunacaq yarış “AVRO-2026”ya seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə birbaşa vəsiqə əldə edəcək.
U-18 millimizin heyəti:
Baş məşqçi: Şahin Çatma
Məşqçilər: Həmid Anvari, Zihni Türkay Taylan, Serim Birol
Oyunçular: Çinarə Rəhimova, Fatimə Əliyeva, Dilarə Ağayeva, Ulyana Kovalyova, Nuray Vahablı, Mədinə Əlibəyova, Ayan Məmmədova, Çinarə Yusubova, Fatimə Mirzəyeva, Zeynəb Quluzadə, Xədicə Hadızadə, Leyla Əliyeva, Aydan Mirzəyeva, Nəzrin Məmmədli