“Real”ın yarımmüdafiəçisi Eden Hazard əməliyyat olunub.

Rekord.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı futbolçunun əməliyyatı uğurlu keçib.

Müalicəsini evdə davam etdirən futbolçunun bir aydan sonra məşqlərə başlayacağı gözlənilir.