Qadın voleybolçuların dünya reytinqi açıqlanıb. "Rekord.az" xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyası (FİVB) yeni siyahını Dünya Kubokunun yekunundan sonra hazırlayıb.

Həmin yarışda iştirak etməyən Azərbaycan millisi mövqeyini qoruyub. Belə ki, voleybolçularımız son Dünya çempionatında qazandıqları 33 xalla reytinq cədvəlində 22-ci yerdədirlər.

FİVB-nin tərtib etdiyi siyahıda liderlik Dünya Kubokunun son qalibi 320 xalla Çinə məxsusdur. ABŞ 266 xalla ikinci, Serbiya isə 252-ci xalla üçüncü pillədə qərarlaşıblar. Reytinq cədvəlinin ilk onluğunda sonrakı yerlərdi müvafiq olaraq Braziliya (220), Rusiya (208), Niderland (203), Yaponiya (190), İtaliya (165), Cənubi Koreya (138) və Dominikan Respublikası (108) tuturlar.