Böyük Britaniya mənbələri "Çelsi"nin “Benfika”nın argentinalı yarımmüdafiəçisi Entso Fernandeslə razılığa gəldiyini də xəbər verib.

Rekord.az xəbər verir ki, “Çelsi” artıq Lissabon klubu ilə danışıqlara başlayıb.

Yenicə dünya çempionu olan 21 yaşlı Fernandes bu mövsüm “Benfika”nın heyətində 24 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.