İtaliyada şahmat üzrə gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva və Abdulla Qədimbəyli Vətənə dönüblər.

Rekord.az xəbər verir ki, şahmatçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, şahmatçıların ailə üzvləri və media nümayəndələri qarşılayıblar.