Gənclər arasında atletika üzrə dünya çempionatı (20 yaşdan yuxarı) 2021-ci il avqustun 17-dən 22-dək Nayrobidə keçiriləcək.

Rekord.az xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının mətbuat xidməti məlumat verib.

Dünya çempionatının 2020-ci ildə Keniyanın paytaxtında keçirilməsi nəzərdə tutulmuşdu, lakin turnir koronavirus pandemiyası səbəbindən ləğv edilib.

Bundan əlavə, Minskdə keçiriləcək idman yerişi üzrə komandalar arasında dünya çempionatının yeni tarixi də təsdiqlənib. Belə ki, bu yarış 2022-ci il aprelin 23-24-də təşkil ediləcək.