
Dmitri Nazarovun “Neftçi”yə keçidi yenidən gündəmdə
- 25 Mar 2022 14:00
- 1034
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Ertsgebirge"dən ayrıla bilər.
Rekord.az xəbər verir ki, bu barədə Aue təmsilçisinin prezidenti Helge Leonhardt açıqlama verib.
II Bundesliqada çıxış edən komanda 26 oyundan sonra 19 xalla 17-ci pillədə qərarlaşıb və aşağı dəstəyə düşməyə əsas namizədlərdən biridir.
Bunu nəzərə alan klub rəhbərliyi heyətlə bağlı dəyişikliklərə hazırlaşır.
Leonhardtın sözlərinə görə, Nazarovla yanaşı, Klemens Fandrix, Syoren Qonter və Yan Hoxşaydtın da məsələləri açıq olaraq qalır. Məhz bu durumun yaranması “Neftçi”ni yenidən hərəkətə keçirib. Bakılılar AFFA-nın tövsiyyəsi ilə qazaxıstanlı futbolçu ilə danışıqlar aparmağı düşünür. Hətta daxil olan məlumata görə, futbolçunun 3 illik fasilədən sonra yenidən Azərbaycan millisinə dəvət alması da bununla bağlıdır. Bakıya səfər çərçivəsində Dmitri “Neftçi” rəhbərliyi ilə görüşüb ətraflı danışmaq imkanına da malik olacaq. Hansı qərarı verəcək, bu, artıq futbolçunun işi olacaq.