AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda I Divizionun 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“İmişli” - “Qəbələ-2” oyunundan əvvəl polis nümayəndəsi iclasa gecikdiyinə görə ev sahibi klub 40 manat cərimə olunub. “Qəbələ”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.

“Kəpəz-2” - “Zirə-2” oyununda “Zirə”nin 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.

“Şamaxı-2” - “Turan Tovuz-2” oyunundan əvvəl PFL-in himni səsləndirilmədiyinə görə ev sahibi klub 80 manat cərimə olunub. Oyundan əvvəl keçirilən iclasda “Turan Tovuz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə  klub 80 manat cərimə olunub. “Turan Tovuz-2” komandasının 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub. “Şamaxı-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunub.

“Səbail-2” - “Qaradağ Lökbatan” oyununda “Səbail”in oyunçusu Xəyal Bədirov ikinci sarı vərəqə ilə meydançadan qovulduğuna görə 1 oyun cəzalandırılıb, klubu 20 manat cərimə olunub.

“Zaqatala” - MOİK oyunundan əvvəl ev sahibi klub meydançanı oyuna hazırlamadığına (qardan təmizləmədiyinə) görə klub 80 manat cərimə olunub. “Zaqatala” - MOİK oyununda PFL-in himni səsləndirilmədiyinə görə ev sahibi klub 80 manat cərimə olunub. “Zaqatala”nın oyunçusu Kamal Kazımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb, klubu 20 manat cərimə olunub. MOİK-in oyunçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb, klubu 20 manat cərimə olunub.