
"Dinamo"nun baş məşqçisi Mahirə güvəndiyini açıqladı
- 11 Mar 2022 12:00
- 492
“Mahir Emreli keyfiyyətli futbolçudur”.
Rekord.az xəbər verir ki, bunu Zaqreb “Dinamo”sunun baş məşqçisi Jelko Kopiç deyib.
Çalışdırıcı Xorvatiya çempionatının XXVII turunda “Hayduk”la keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
O, Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı sualı da cavablandırıb. Kopiç 25 yaşlı forvarda səfər matçında şans verəcəyini vurğulayıb:
“Mahir yeni gələndə uzun müddət kollektiv məşqdən və oyunlardan kənar qaldığı üçün vəziyyəti yaxşı deyildi. Mən ona şans vermək üçün bir an axtarırdım.
Əlbəttə, daha çox oyun buraxır. Amma o da digərləri ilə eyni statusdadır. Şənbə günkü matçda ona güvənəcəyəm”.
Martın 12-də keçiriləcək “Hayduk” – “Dinamo” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.