
Dibala hansı klublara təklif olunub?
- 04 Fev 2022 13:20
- 489
"Yuventus"un hücumçusu Paulo Dibala İngiltərə Premyer Liqasının 6 klubuna təklif olunub.
Rekord.az xəbər verir ki, bu barədə 90min məlumat yayıb.
Bildirilib ki, bu klublar siyahısına “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal”, “Çelsi”, “Tottenhem” və “Liverpul” daxildir.
Qeyd edək ki, argentinalı oyunçunun klubu ilə müqaviləsi bu yay başa çatır. O, bu mövsüm 23 matçda 11 qol vurub və 4 qolun ötürməsini verib.