Diasın cəzasının müddəti azaldıldı
- 11:30
- 27
“Bayern”in hücumçusu Luis Diasın cəzasının müddəti azaldılıb.
Rekord.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda PSJ (1:2) ilə matçda aldığı qırmızı vərəqəyə görə üç oyunluq cəzalandırılan futbolçunun cəzası Münhen təmsilçisinin müraciətindən sonra 2 matça endirlib. Dias oyun zamanı Əşrəf Hakimiyə qarşı ciddi qayda pozuntusuna yol vermiş və rəqibin topuğunun zədələnməsinə səbəb olmuşdu.
Cinah oyunçusu dekabrın 9-da Çempionlar Liqasının 6-cı turunda “Sportinq”lə (Portuqaliya) matçda iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Bayern” – “Sportinq” matçı dekabrın 9-da, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.