
Diasdan "Sumqayıt" azarkeşlərinə hörmətsizlik
- 13:00
- 96
"Kəpəz"lə matçda məğlub olan "Sumqayıt" turnir cədvəlində 9-cu pilləyə endi.
Rekord.az xəbər verir ki, baxımsız futbolla yadda qalan qonaq komandanın bəzi futbolçuları oyunu izləmək üçün Sumqayıtdan gələn azaarkeşlərə qarşı da hörmətsizlik etdi.
Matçı çox aşağı səviyyədə keçirdən Dias oyundan sonra əksər komanda yoldaşlarından fərqli olaraq tribunaya tərəf gedib azarkeşlərdən üzr istəmək əvəzinə soyunub-geyinmə otağına tərəf yollanmağı üstün tutdu. Köməkçi məşqçi Vurğun Hüseynov təkidlə onu azarkeşlər tərəfə yönəltməyə çalışsa da, legioner futbolçu buna əhəmiyyət vermədi.