
"DH Volley" polşalı oyunçunu heyətinə qatıb
- 21 May 2025 20:19
- 52
Bakının qadın voleybolçulardan ibarət "DH Volley" klubu daha bir oyunçu ilə razılığa gəlib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada debüt edəcək komanda polşalı Nataliya Qayevskanın keçidini rəsmiləşdirib.
32 yaşlı voleybolçu oyunqurucu mövqeyində çıxış edir. Qayevska ən azı bir il "DH Volley"in uğurları üçün çalışacaq.
Polşalı voleybolçu ölkəsi ilə yanaşı, İtaliya və Almaniya klublarında çıxış edib.