"Liverpul"un veteran müdafiəçisi Ceymi Karrager İngiltərə çempionatının 19-cu turunda "Brentford"la oyunda (1:3) məğlub olan sabiq komandasının çıxışını dəyərləndirib. 

Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, mütəxəssis Mersisayd klubunun yüksək tempdə oynayan rəqiblərə uduzduğunu bildirib:

"Bu nəticəni təəccüblü olduğunu adlandıra bilmərəm. “Liverpul” üçün optimal variant matçın tempinin aşağı olmasıdır. Onlar intensive futbol oynayan rəqiblərin öhdəsindən gələ bilmirlər. Deyəsən, "Liverpul"un sonu yaxınlaşır".