Didye Deşamın Kilian Mbappeni Fransa millisinə yeni kapitan təyin etməsi birmənalı qarşılanmayıb.

Rekord.az xəbər verir ki, Fransanın futbol ictimaiyyətinin əksər üzvləri Deşamın bu hərəkətinin təcrübəli milli üzvlərinə qarşı hörmətsizlik olduğunu düşünür.

Hətta deyilənə görə, Deşamın bu qərarından sonra Qrizmann millidən getmək istəyir. Bütün bunlara baxmayaraq, Deşam öz qərarını dəyişməyəcəyini bildirib.