Milli Məclisin deputatı Vüqar Bayramov “Füzuli”yə maliyyə yarlımı göstərib.

Rekord.az xəbər verir ki, bu barədə Region Liqasında çıxış edən klub açıqlama yayıb.

“Sarı-qaralar” rayonun iş adamları və tanınmışlarına səslənib:

“Dəyərli millət vəkilmiz Vüqar Bayramov həmişəki kimi yenə də “Füzuli”yə 500 manat dəstək oldu. Həmçinin klubumuzun gələcəkdə maliyyə təminatına dəstək olmaq üçün AFFA-ya müraciət edib.

AFFA tərəfindən dəstək alana qədər klubumuzun növbəti mərhələlərə yüksəlməsi üçün Füzuli rayonu ictimaiyyətinin dəstəyi lazımdı və mütləqdir.

Füzulilin ictimai xadimləri, ziyalıları dəstək olurlar, amma iş adamlarından bunu görmürük. Bu torpağın üzərində iş qurub pul qazanan insanlar Füzuli adını ucaldan komandaya kömək olmağı özlərinə mənəvi borc bilməlidir.

Məhşurlarımızın başları toy sezonuna qarışıb. Orucluq girəndə başları açılar, dəstək olarlar yəqin”.