Böyük futbolun uzaq düşdüyü, diqqətin azaldığı bölgələrimizdən biri də İmişlidir.

Rekord.az xəbər verir ki, sonuncu dəfə bu bölgəni yüksək dəstədə MKT Araz komandası təmsil edib. Adıçıkilən klub isə 2007-ci ildən fəaliyyətini dayandırıb.

Sonrakı illər İmişli futbolu ancaq aşağı yaş komandaların çempionatlarında təmsil olunub.

Deyəsən, İmişli futbolu ilə bağlı yaxın gələcəkdə yaxşı xəbərlər ala biləcəyik. Buna son başverənlər ümid verir.

Belə ki, rayonu milli məclisdə təmsil edən deputat Razi Nurullayev milli komandamızın sabiq üzvü Ruhid Usubovun baş məşqçisi olduğu "Zəfər yolu" futbol komandasını ziyarət edib.

Razi bəy azyaşlı uşaqlarla səmimi söhbət edib, futbol oynayıb və söz verib ki, bundan sonra əlindən gələn bütün dəstəyi İmişli futbolunun inkişafı üçün əsirgəməyəcək.

Millət vəkili görüşün sonunda İmişlidə futbolun yaşaması, kütləviliyi üçün əziyyət çəkən məşqçi Ruhid Usubova öz minnətdarlığını da bildirib.

Milli məclisin debutatı İmişli futboluna ÜMİD VERDİ -