İngiltərə millisinin sabiq hücumçusu Cermeyn Defo "Uokinq"in baş məşqçisi vəzifəsindən ayrılıb.


Rekord.az xəbər verir ki, o, cəmi 116 gün bu vəzifədə çalışıb.


Defo komandanı 6 oyuna çıxarıb, 2 qələbə qazanıb və mövsümü 10-cu pillədə başa vurub. Klub tərəflərin qarşılıqlı razılığı əsasında əməkdaşlığa dərhal xitam verildiyini açıqlayıb.


Mütəxəssis isə "İnstaqram" hesabında paylaşdığı açıqlamada qərarın aradan qaldırılması mümkün olmayan səbəblərlə bağlı olduğunu bildirib. O, klub rəhbərliyinə, futbolçulara və azarkeşlərə təşəkkür edərək, "Uokinq"də qazandığı təcrübənin gələcək məşqçilik karyerasında ona kömək edəcəyini vurğulayıb.