“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Kataloniya klubundan ayrılmağı düşünür.

Rekord.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümündə “Barselona”nın heyətində 33 matçdan 26-da forma geyinib. Lakin xəbərdə bildirilir ki, niderlandlı oyun zamanı tez-tez dəyişdirilməsindən narazıdır.

La Liqanın son turunun “Rayo Valyekano” ilə oyununda (0:1) baş məşqçi Xavi artıq görüşün 60-cı dəqiqəsində Frenki de Yonqu əvəzləyib.

Yarımmüdafiəçi bundan narazılığını gizlətməyib və birbaşa paltardəyişmə otağına yollanıb. 24 yaşlı futbolçu ilə “Bavariya” və PSJ yaxından maraqlanır.