
De Byazi Azərə, Heberli bu 2 oyunçuya ehtiyac duymadı
- 17 İyn 2023 12:40
- 356
“Neftçi”nin futbolçusu Azər Salahlı AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə keçiriləcək oyunun “23-lüy”ünə salınmayıb.
Rekord.az xəbər verir ki, baş məşqçi Canni De Byazi 29 yaşlı müdafiəçiyə ehtiyac duymayıb.
Salahlı və U-21 yığmasının düşərgəsinə qoşulan Cəlal Hüseynov istisna olmaqla, əsas milliyə çağırılan digər 23 oyunçunun hər biri bugünkü qarşılaşmada baş məşqçinin sərəncamında olacaq.
Estoniya yığmasında isə iki futbolçu Azərbaycan millisinə qarşı keçiriləcək oyunu buraxacaq. Baş məşqçi Tomas Heberli müdafiəçiləri yekun “23-lük”dən kənarda saxlayıb. Bunlar mərkəz müdafiəçisi Conas Tamm və sağ cinah oyunçusu Edqar Turdur. Adıçəkilən futbolçular “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı tribunadan izləyəcəklər.
Qeyd edək ki, bu gün keçiriləcək oyuna saat 20:00-da start veriləcək.